"Araz Naxçıvan" yeni arenada ilk məşqinə çıxıb.

Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisinin məşqi yeni istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksinin süni örtüklü futbol meydançasında reallaşıb.

Heyəti istedadlı yeniyetmə və gənc futbolçularla zənginləşdirən baş məşqçi Əsgər Abdullayev kompleksdə yaradılan şəraitdən maksimum şəkildə yararlanmaq niyyətindədir.

Arena ilə tanışlıq zamanı məmnunluğunu ifadə edən təcrübəli mütəxəssis məşq öncəsi öz təəssüratlarını bölüşüb.

Muxtar respublikada digər idman növləri yanaşı futbola da böyük önəm verildiyini vurğulayan Əsgər Abdullayev dövlətin həyata keçirdiyi idman strategiyasının bu sahəyə böyük töhvə verdiyini deyib.

O, yeni yaradılan infrastrukturun qarşıya qoyulan vəzifələrin icrası istiqamətində önəmli rola malik olduğunu bildirib.

Futbolçularına göstərilən diqqət və qayğının qarşılığında inamla, əzmlə çalışmaq və gələcək hədəflərə köklənməli olduqlarını bildirib.

Daha sonra komanda isinmə hərəkətləri və asta qaçışla məşqə start verib. Futbolçular məşq proqramına uyğun müxtəlif tapşırıqları icra ediblər. Sonda ikitərəfli oyun keçirilib.