Ötən mövsümün startından öncə Naxçıvan stadionu ilə bağlı tender elan olunmuş və İtaliya şirkətinin bu tenderin qalibi olmasına dair məlumatlar yayılmışdı.

Rekord.az xəbər verir ki, hətta italiyanlar stadionun ilkin layihəsini də hazıtlamış və stadiona baxış da keçirmişdi.

Lakin sonradan bu işlərin davamı gəlmədi. Həmin gündən də Naxçıvan stadionunda daş daş üstünə qoyulmayıb. Aldığımız son məlumata görə, həmin tender də ləğv olunub.