Naxçıvan stadionunun yenidən qurulması işlərinə start verilib.

Rekord.az-a daxil olan məlumata görə, dünəndən etibarən stadionda qızğın işlər başlayıb.

Arenanın yeni görünüşünün necə olacağı hələlik layihə olaraq tam dəqiqləşməyib. Lakin bizə verilən məlumata görə, ciddi layihə olacaq. Oturacaqlar dəyişdiriləcək, qazon yenilənəcək, yeni tablo və projektorlar quraşdırılacaq. Stadiondakı bütün bu işləri isə hələlik adı açıqlanmayan İtaliya şirkəti görür.