Naxçıvanda 15 və 16 yaşlı futbolçular üçün seleksiya məşqləri
- 12:02
- 59
Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 15 və 16 yaşadək futbolçular üçün seleksiya məşqləri keçirilib.
Rekord.az xəbər verir ki, məşqlərdə Muxtar Respublikanın müxtəlif rayon və şəhərlərindən ümumilikdə 60-a yaxın yeniyetmə iştirak edib.
Onlar əvvəlcə məşqçilər tərəfindən verilən tapşırıqları icra edib, daha sonra ikitərəfli oyunlarda nəyə qadir olduqlarını göstərməyə çalışıblar. Muxtar respublikada, eləcə də “Araz-Naxçıvan”ın akademiyasında çalışan məşqçilər potensiallı və perspektivli futbolçuları müəyyən ediblər.
Seçilən yeniyetmələrdən ibarət komanda formalaşdırılacaq və onlar mütəmadi olaraq məşqlərə və oyunlara cəlb olunacaqlar. İnkişaf edən və fərqlənən futbolçular gələcəkdə “Araz-Naxçıvan”nın akademiyasına qəbul olunacaqlar.
Bu seleksiya xarakterli məşqlər hər həftə təşkil olunacaq. Növbəti məşqdə qapıçılarla bağlı seçim ediləcək.