Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.


Rekord.az xəbər verir ki, qurum ləğv olunub.


Bununla yanaşı, Naxçıvanda Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri Nəriman Quliyev təyin edilib.


Qeyd edək ki, federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.


Xatırladaq ki, daha öncə Naxçıvan Şahmat Federasiyasını fəaliyyətini dayandırmışdı.