Naxçıvanda daha bir hərbi idman oyunu keçirilib
- 24 Apr 2023 10:00
- 302
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu üzrə ölkə birinciliyinin Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsi reallaşıb.
Rekord.az xəbər verir ki, tədbirdə çıxış edənlər “Sərhəd” hərbi-idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rolundan bəhs edib, komandalara uğurlar arzulayıblar.
Qiymətləndirməyə əsasən, ən yüksək göstərici Ordubad şəhər tam orta internat məktəbinə məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb ikinci, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbi isə üçüncü olub. İlk üçlükdəki komandaların üzvlərinə diplom və sərhədçilərlə bağlı kitablar təqdim edilib.