Vətən müharibəsi şəhidi Ələkbərov Niyaməddin İsrafil oğlunun xatirəsinə həsr olunmuş şahmat üzrə Sədərək rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində reallaşan yarışa 21 yeniyetmə şahmatçı qatılıb.

Əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər Vətən uğrunda döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhidin yaxını Ələkbərov Mahir Niyaməddinlə bağlı xatirələrini bölüşüb, təşkilatçılığa görə təşəkkürünü ifadə edib. İlk üç yerin sahibləri mükafatlandırılıblar.

 Yekun sıralama:

Qızlar 

1-ci yer - Nurşən İbrahimzadə

2-ci yer - Güllü Əbilova

3-cü yer - Nuray Əbilova

 Oğlanlar 

1-ci yer - Səid Hüseynov

2-ci yer - Anar İbrahimzadə

3-cü yer - Seymur Ələkbərov