Naxçıvanda daha bir yarışa start verildi
- 27 Dek 2023 15:22
- 253
İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli" çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kişilər arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib.
Rekord.az xəbər verir ki, muxtar respublikada voleybolun inkişafı, güclü idmançıların müəyyənləşdirilərək Naxçıvan yığma komandasına cəlbinə hədəflənən yarışda 8 komanda iki qrupda dairəvi sistem üzrə mübarizə aparır.
Qrup mərhələsindən sonra 4 komanda pley-ofda mübarizəni davam etdirəcək. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirin finalı, üçüncülük matçı, açılış və mükafatlandırma mərasimləri dekabrın 29-a planlaşdırılıb.
Ölkənin müxtəlif klublarında karyerasını davam etdirən 20 yaşadək naxçıvanlı voleybolçuların muxtar respublika üzrə qeydiyyatda olduqları rayon və ya şəhərləri təmsil edən komandaların heyətinə çıxış imkanı yaradılıb. Bu amil yarışın daha gərgin və maraqlı keçəcəyinə zəmin yaradır.