![photo](https://www.rekord.az/storage/uploads/4/naxcivan-18.jpg)
Naxçıvanda əyləncəli idman oyunları keçirilib
- 29 İyl 2023 16:38
- 257
İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında əyləncəli idman oyunları üzrə birincilik keçirilib.
Rekord.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Atletika Federasiyasının birgə təşkilatçılığı əsasında reallaşan yarışma məktəblilərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.
Əyləncəli idman oyunları “TOPS-1”, “MEQA” və “Cəngavərlər döyüşü” mərhələlərindən ibarət olub. İki gün davam edən birinciliyin qalibi Qarnizon tam orta məktəbinin komandası olub. Naxçıvan şəhər 5 və 17 nömrəli məktəblərin təmsilçiləri yarışı müvafiq olaraq ikinci və üçüncü sıralarda tamamlayıblar. Adıçəkilən komandaların üzvləri diplomla təltif olunub.