Naxçıvanda güləş üzrə muxtar respublika birinciliyi keçirilib FOTOLAR
- 05 Mar 2023 12:00
- 545
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında silsiləvi idman tədbirləri təşkil olunur.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Rekord.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən İlham Əliyev adına Olimpiya İdman Kompleksində bu münasibətlə yeniyetmələrin (2006-2008-ci il təvəllüdlülər) sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarışda 10 çəki dərəcəsi üzrə 76 idmançı qüvvəsini sınayıb.
Nəticələrə əsasən Suat Məmmədov (45 kq), Eltun Nəcəfov (48 kq), Sadiq Kərimov (51 kq), Ayxan Bağırov (55 kq), Əmrə Ağayev (60 kq), Məhəmmədəli Rəsulov (65 kq), Eldar Abdullayev (71 kq), Elxan Əhmədov (80 kq), Süleyman Məmmədov (92 kq) və Cəfər Heydərov (110 kq) öz çəki dərəcələrində qalib olublar.
Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üçlük diplom və medallarla təltif edilib.
Mükafatları gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov və federasiya sədri, Əməkdar məşqçi Faiq İsgəndərov təqdim ediblər.