Naxçıvanda “Heydər Əliyev İli”nə həsr olunmuş daha bir turnir
- 19 Mar 2023 23:20
- 711
Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” ilə əlaqədar kiçikyaşlı yeniyetmələr (2012-2013-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 40 idmançı iştirak edib.
Açılış mərasimində çıxış edən federasiya sədri, Əməkdar məşqçi Faiq İsgəndərov, idarə rəisi Xəyal Qurbanov və İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov ümummilli liderin idmana və idmançılara göstərdiyi qayğıdan danışıblar. Dahi şəxsiyyətin idman ictimaiyyəti, bütövlükdə xalqımız tərəfindən daim böyük hörmətlə xatırlandığı vurğulanıb.
Nəticələrə gəlincə, Ramazan Məmmədli 23 kq, Fuad İsgəndərli 26 kq, Qəhrəman Qəhrəmanov 29 kq, Yasin Məmmədzadə 32 kq, Elnur Babayev 35 kq, Natiq Məmmədov 38 kq, Kənan Əlizadə 42 kq və Ramal Bağırov 47 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda ilk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıblar.