Naxçıvanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş boks başa çatdı
- 07 May 2023 10:00
- 530
İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş boks üzrə muxtar respublika turniri keçirilib.
Rekord.az xəbər verir ki, yeniyetmə və gəncləri əhatə edən yarışda 82 boksçu qüvvəsini sınayıb. Mükafatçılar 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Üç gün davam edən yarışa mayın 6-da keçirilən final görüşləri ilə yekun vurulub. Bağlanış mərasimində Dövlət Himni səsləndirilib. Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən milli musiqi və rəqs nümunələri izlənilib.
İlk üç yerin sahibləri diplom və medallarla təltif olunublar. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov bağlanış mərasimində iştirak edib, idmançılara mükafatları təqdim ediblər.
Nəticələrə gəlincə, Ucal Musayev (46 kq), Mirkərim Seyidov (48 kq), Hüseyn Qənbərli (50 kq), Babək Babayev (52 kq), Kənan Həsənov (54 kq), Ruhin Səfərov (57 kq), Ayxan Heydərov (60 kq), Alışan İsmayılov (63 kq), Sərvan Abdullayev (67 kq), Nadir Cəfərov (69 kq), Abbas Məmmədov (71 kq), Nöfər Əlizadə (75 kq) və Kənan Allahverdiyev (80 kq) öz çəki dərəcələri üzrə birinci olublar.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan birincilik Ümummilli Liderin əziz xatirəsini yad etmək, boksun inkişafına töhfə vermək və idmançıların yarış təcrübəsini artırmaq məqsədi daşıyıb.