İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində sentyabr ayı ərzində uğur qazanan Naxçıvan şəhər idmançıları ilə görüş keçirilib.

Rekord.az xəbər verir ki, çıxış edənlər idmançıları əldə etdikləri nailiyyətlərə görə təbrik edib və növbəti yarışlar üçün uğurlar arzulayıblar.

Çay süfrəsi arxasında davam edən görüşdə idmançılarla söhbət aparılıb, onların fikirləri dinlənilib. Sonda idmançılara ay ərzində əldə etdikləri yüksək nəticələrə görə fəxri fərmanlar təqdim edilib.