“Naxçıvanda karate günü” adlı tədbir keçirilib
- 25 Sen 2023 10:00
- 263
Naxçıvandakı Sahil Parkında “Naxçıvanda karate günü” adlı tədbir keçirilib.
Rekord.az xəbər verir ki, 65 karateçinin iştirak etdiyi tədbirin məqsədi sağlam həyat tərzini təbliğ etmək və karate idman növünə marağı artırmaqdan ibarət olub.
Çıxış edənlər tədbirin mahiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Təşkilatçılıqda səmərəli fəaliyyəti olan məşqçi-müəllimlər Tariyel Bağırov və Nicat Allahverdiyev Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.