Naxçıvan Şahmat Mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat turnirinə bu gün keçirilən görüşlərlə yekun vurulub.

 

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyindən Rekord.az-a verilən məlumata görə, iki gün davam edən yarış dairəvi sistemi üzrə 11 turdan ibarət olub.

Naxçıvan Şahmat Məktəbinin şagirdlərin arasında keçirilən yarışda 150 şagird iştirak edib.

Qaliblər 8 qrup üzrə müəyyənləşib. Nəticələrə əsasən Amin Mirzəzadə

Lətif Muradlı, Akif Quliyev, Ramazan Məmmədov, Abbas Əliyev, Hüseyn Əliyev və Elnur Məmmədli qalib olublar.

Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyası tərəfindən birgə təşkil olunan yarışın sonunda qalib iştirakçılar diplomla təltif edilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi