Naxçıvanda stolüstü tennis üzrə birincilik keçirilib
- 08 Mar 2023 12:43
- 413
Naxçıvan MR Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi birgə təşkilatçılığı ilə “05 Mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq ümumtəhsil məktəblərinin şagirdləri arasında birincilik keçirilib.
Rekord.az xəbər verir ki, Gənclər və İdman İdarəsinin tennis zalında reallaşan birincilikdə 5 tam orta məktəbdən 30 idmançı qələbə uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi, stolüstü tennis idman növünün yeniyetmələr arasında təbliğ edilməsi, idmançıların yarış bacarıqlarının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarət olub. Yarışın yekununa əsasən Quliyev Elsən birinci, Mirzəyev Vahid ikinci, Nağıyev Əli isə üçüncü yerdə qərarlaşıb. Sonda qalib idmançılara diplomlar təqdim olunub.