Naxçıvanda uğur qazanmış idmançılarla görüş keçirilib
- 08 Noy 2023 10:30
- 306
Naxçıvanda uğur qazanmış idmançılarla görüş keçirilib
Rekord.az xəbər verir ki, mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov oktyabr ayında ölkə və beynəlxalq miqyaslı idman yarışlarında uğurlu nəticələrə nail olmuş Naxçıvan idmançıları ilə görüşüb, onları təltif edib.
Əldə etdikləri nailiyyətlər münasibətilə idmançıları təbrik edən Məcid Seyidov onların hazırlıq səviyyəsi ilə maraqlanıb, karyeraları ilə bağlı fikirlərini öyrənib. Sonda görüşdə iştirak edən atletlər Əmrah Nağıyev, Aysu Bayramova və kikboksçu Qənbər Əzimova nazirliyin fəxri fərmanı təqdim olunub. İdmançılar göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, təltif olunan idmançılardan Əmrah Nağıyev Tbilisi (13-cü yer, yaş kateqoriyasında qalib) və Trabzon (6-cı yer) marafonlarında uğurlu nəticələrə imza atıb, Şəkidə keçirilən kros qaçışı üzrə ölkə payız çempionatı isə 10 km məsafə üzrə ikinci olub. Həmin yarışda iştirak edən Aysu Abbasova 4 km məsafədə bütün rəqiblərini qabaqlayaraq qələbə sevinci yaşayıb. Qənbər Əzimova gəlincə, idmançı Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsində rəqibini məğlub edərək “Kombat K-1 kuboku”nun sahibi olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti