Gələn mövsüm 1-ci divizonda çıxış edən klubların sayı artırılacaq.

Rekord.az xəbər verir ki, “Futbol+”in əldə etdiyi özəl məlumata görə, AFFA rəsmiləri artıq bu istiqamətdə işlərə başlayıblar. İndidən 1 komandaya 1-ci divizionda çıxış etməsi üçün hazırlıqları tamamlanması tapşırılığı verilib.

Məlumata görə, “Araz Naxçıvan” 2021/2022 mövsümündə ölkənin 2-ci çempionatında çıxış edəcək. Klub rəsmləri artıq Əsgər Abdullayevə köməkçi və əsas heyət üçün futbolçu axtarışlarını start verib. Naxçıvan Futbol Federasiyasının regionda gördüyü insfrastrukdur dəyişikləri də məhz klubun böyük futbola qayıdışı üçün həyata keçirilib.

Qeyd edək ki, 1-ci divizionda iştirak edəcək daha bir klubun adı isə bu il baş tutacaq Region Liqası keçirildikdən sonra bəlli olacaq. Burada çempion olan komanda yeni mövsümdən ölkənin əsas 2-ci liqasında iştirak etmək hüququ əldə edəcək.