Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə yay birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Naxçıvan yarışda 1 məşqçi və 7 idmançı ilə təmsil olunub.

Naxçıvan atletləri birincilikdə uğurla çıxış edərək 2-si qızıl, 3-ü gümüşolmaqla, ümumilikdə 5 medal qazanıblar.

Ən yaxşı nəticə Aysu Abbasovaya məxsus olub. Sədərəkli atlet həm 1500, həm də 3000 metr məsafəyə qaçış yarışlarında rəqiblərini qabaqlayaraq qızıl medallara yiyələnib. Digər təmsilçiSevinc Əliyeva həmin məsafələrdə ikinci olub. Nüvəitələmə yarışında iştirak edən Ulduz Ələkbərova da gümüş medalçı olub.

Qeyd edək ki, Naxçıvan atletləri iyun ayında reallaşan atletika üzrə böyüklər arasında Azərbaycan çempionatı və sözügedən ölkə birinciliyindən ümumilikdə 2 qızıl, 6 gümüş və 1 bürünc medal əldə ediblər.