Naxçıvanlı karateçilərdən uğurlu çıxış
- 11 İyl 2023 23:47
- 280
Naxçıvan Karate-do Federasiyasının idmançıları Bakı şəhərində keçirilən karate yarışlarında iştirak ediblər.
Rekord.az xəbər verir ki, naxçıvanlıların ilk sınağı Azərbaycan Karate Federasiyaları Assosiasiyasının ənənəvi karate üzrə ölkə birinciliyi və çempionatı olub.
Məhəmməd Bağırov 16-17 yaş, 68 kq), Nərgiz Həsənli (14-15 yaş, 54 kq), Nizami Orucov (10-11 yaş, 35 kq) kumite, Qafar Hüseynov (14-15 yaş, 57 kq) isə həm kumite, həm də kata növündə birinci olub. Adıçəkilənlər və digər idmançılardan Xədicə Bayramova, Yaqub Qənbərov və Saleh Qənbərovun mükafatçılar sırasına düşməsi ilə Naxçıvan karateçiləri 5-i qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər.
Bu yarışdan bir gün sonra Azərbaycan Şotokan Karate-do Federasiyasının 31-ci Azərbaycan çempionatı və birinciliyi keçirilib. Təcrübəli karateçi Vüsal Seyidov (60 kq, kumite) gənclərin mübarizəsində qalib olub. Nizami Orucovla Qafar Hüseynov öz yaş qruplarında kata üzrə qızıl, kumite üzrə bürünc medal qazanıblar. Fatimə Bağırzadə (10-11 yaş, 27 kq) katada üçüncü, kumitedə isə ikinci olub. Nərgiz Həsənli və Xədicə Bayramova kumite üzrə bürünc medala layiq görülüblər.
Bu nəticələrlə Naxçıvanlı karateçilər ölkə çempionatı və birinciliklərini 8-i qızıl, 2-si gümüş, 8-i bürüncolmaqla, 18 medalla tamamlayıblar.