photo

Nazarov milliyə gəlmək qarşılığında AFFA-dan pul istəyir - ÖZƏL!

  • 2019-11-26 11:00
  • 416

Dmitri Nazarovun AFFA ilə arası əməlli-başlı dəyib.

 

Rekord.az-a daxil olan məlumata görə, Uelslə Bakıdakı oyundan sonra yaşanan qalmaqalın Slovakiya səfərində də davam etməsinə başqa səbəb də varmış. 

 

Qazaxıstanlı futbolçunu narazı salan əsas məqamlardan biri də federasiyanın Renat Dadaşovla Eddi İsrafilova 1 milyon avro verməsidir. Artıq Nazarov da AFFA qarşısında şərt qoyub. Şərt qoyub ki, bundan sonra millidə ancaq pul qarşılığında oynamağı düşünür. Hətta deyilənə görə, Dima AFFA-dan hər oyuna görə 10 min dollar istəyir.

Son xəbərlər