Nazarov mövsümün son matçında 90 dəqiqə oynadı
- 28 İyn 2020 20:31
- 1012
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də mövsümün sonuncu matçına çıxıb.
Aue təmsilçisi 34-cü tur çərçivəsində səfərdə “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan millimizin üzvü 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qola imza atan Nazarov bu dəfə fərqlənə bilməyib.
34 oyuna 47 xal toplayan “Ersgebirge” mövsümü 18 kollektiv arasında 7-ci pillədə başa vurub.