Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Boxum”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+4-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib. Əvəzində millimizin üzvü 73-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

32 turdan sonra 41 xala malik “Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.