Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu ilə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, millimizin üzvü “Ersgebirge” klubu ilə müqavilənin müddətini 2023-cü ilədək uzadıb. Bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.

2016-cı ildən “Ersgebirge”nin şərəfini qoruyan Nazarov, bu müddət ərzində keçirdiyi 97 oyunda 20 qolla yadda qalıb.