Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Paderborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan da məğlubiyyətlə ayrılıb – 1:4. Bu, sözügedən komandanın ardıcıl dördüncü yenilgisidir.

Nazarov da bu matçın iştirakçısı olub. O, qarşılaşmanın 69-cu dəqiqəsində meydana buraxılıb.

7 oyuna cəmi 3 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.