Nazarovu silaha bənzətdilər
- 08 İyn 2020 11:45
- 770
“Ersgebirge” futbol oynamağa bacaran komandadır. Onların yaxşı heyəti və Dmitri Nazarov kimi "silahlar"ı var”
Rekord.az xəbər verir ki, bu sözləri “Karslruhe”nin idman direktoru Oliver Kreutzer II Bundesliqanın 30-cu turu çərçivəsində Aue təmsilçisinə qarşı səfərdə keçiriləcək oyun öncəsi deyib.
1991-97-ci illərdə "Bavariya"da çıxış edən sabiq futbolçu görüşə yaxşı hazırlaşdıqlarını bildirib: “Çalışırıq ki, heyətdəki təcrübəli və gənc oyunçulardan səmərəli istifadə edək. Rəqibə təzyiq göstərəcək və sona qədər mübarizə aparacaq bir komanda yaratmaq istəyirik”.
Görüş iyunun 7-də baş tutacaq. Geridə qalan 29 turdan sonra Nazarovlu “Ersgebirge” 38 xalla 9-cu, “Karslruhe” isə 30 xalla 16-cı yerdə qərarlaşıb.