Nazarovun komandası baş məşqçisi ilə vidalaşdı
- 20 Sen 2021 13:16
- 501
Almaniyanın “Ersgebirge” klubu baş məşqçisi Aleksey Şpilevski ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı belaruslu mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Ersgebirge” cari mövsümdə II Bundesliqada 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb. Komandada Azərbaycan millisində oynamış Dmitri Nazarov da çıxış edir. Lakin o, cari mövsümdəki oyunlarda çox az şans qazanır.