Nazarovun komandası doğma meydanda uduzdu
- 26 May 2020 23:00
- 621
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “Darmştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
28 turdan sonra 38 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.