Nazarovun komandası evdə xal itirdi
- 03 Noy 2019 10:30
- 823
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “Haydenhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Sari mövsümdə 5 qola imza atan Dmitri bu oyunda fərqlənə bilməyib.
12 turdan sonra 19 xala malik “Ersgebirge” 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.