Nazarovun komandası səfərdən xalsız döndü
- 26 Okt 2019 12:20
- 777
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Darmştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 88-ci dəqiqədə əvəzlənib. Sari mövsümdə 5 qola imza atan Dmitri bu oyunda fərqlənə bilməyib.
11 turdan sonra 18 xala malik “Ersgebirge” 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.