Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan da məğlubiyyətlə ayrılıb – 2:3. Bu, sözügedən komandanın ardıcıl beşinci yenilgisidir.

Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib. Yarımmüdafiəçi 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

8 oyuna cəmi 3 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.