Almaniyanın “Ersgebirge” klubunun oyunçuları və əməkdaşları karantinə alınıblar.

Rekord.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Sözügedən klubun şərəfini qoruyan Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov da karantinə alınanlar arasındadı. Buna səbəb, “Ersgebirge” klubunun bir əməkdaşında koronavirus aşkarlanmasıdı. Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb.