Futbol üzrə Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Ulm” ilə qarşılaşıb. Nazarovun komandası bu oyunda 0:2 hesabıyla məğlub olub. Bununla da Aue təmsilçisi kubokla erkən vidalaşıb.

Dmitri də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.