Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Düsseldorf “Fortuna”sı ilə üz-üzə gəlib. Aue klubu bu oyunda 1:2 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.

Nazarov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.