Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək
- 16 İyn 2023 23:31
- 303
Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyətində məcburi dəyişikliklər edilib.
Rekord.az xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəni təmsil etməli olan Nazim Babayev zədə səbəbindən yarışa qatıla bilməyəcək.
İdmançı ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib. Müayinədən sonra atletin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib.
Onu Avropa Oyunlarında Kəsgin Abbaszadə əvəz edəcək. Son ölkə çempionatında yalnız Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U-20 və U-23 Azərbaycan rekorduna sahib çıxıb.
Bundan başqa, Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov mübarizə aparacaq.