Nazim Süleymanov: "Ancaq 1-ci yer üçün oynayacayıq" MÜSAHİBƏ
- 20 Sen 2023 15:50
- 977
I Liqanın II turu çərçivəsində evdə "Karvan"la 0:0 oynayan "İrəvan"ın baş məçqçisi Nazim Süleymanov Rekord.az-a müsahibə verib:
- Nazim müəllim, öncə oyunla bağlı fikirləriniz.
- Oyun çox gərgin keçdi. Qələbə də şala bilərdik, məğlub da ola bilərdik. Qapıçının işi komandanı qoldan xilas etməkdirsə, hücumçuların da işi qol vurmaqdı. İmkanlarımız olsa da, istifadə edə bilmədik. Oyunun vaxtı ilə bağlı da deyim ki, günorta saat 1-ə oyun salmazlar. Peşəkar futbolçulara da təsir edir, azarkeşlərə də narahatçılıq yaradır. Buna baxmayaraq, hələ marafondu, finiş qabaqdadır. Növbəti oyunlarda çalışacayıq ki, qələbə qazanaq.
- "İrəvan" haqqında bəhs etdiyiniz marafona tam hazırdı?
- Tam hazır olmasaq da, marafonun uzun olmasını nəzərə alaraq, o finişə getmək lazımdır.
- Qarşınıza qoyulan hədəflər və iddianız haqda.
- Yüksək yerlərdən birini tutub Premyer Liqada oynamaq istəyirik. Hədəfə doğru getdiyin yolda, eniş də olur, sağa-sola dönmək də olur. Amma biz o hədəfə doğru getməyə çalışacayıq.
- "Yüksək yerlər" deyəndə, Premyer Liqaya ancaq bir yer vəsiqə verir. Demək olar ki, siz də həmin yer üçün oynayırsınız?
- Bəli, ancaq 1-ci yer üçün oynayacayıq.
- Heyət komplektləşib, yoxsa transferlər gözlənilir?
- Bilirsiniz ki, pəncərə açıqdır. Yəni azad agent olan oyunçuları nəzərdə tuturam. Bu mənada hər zaman oyunçu götürə bilərik.
- I Liqanın səviyyəsi haqda nə deyə bilərsiniz?
- Hiss olunur ki, bu il I liqaya maraq daha çox artıb, əhatədə ajiotaj var. Hələ ki, temp aşağıdı, yüksək səviyyəli futbolçular azdı, amma istənilən halda, buna doğru getmək lazımdır və gedəcəyik
- Bir vaxtların "Neftçi" əfsanələri Nazim Süleymanov, Samir Ələkbərov və Aleksandr Jidkov hazırda "İrəvan"da çalışır. Komandanın futbolçular hansı əfsanələrlər çalışdıqıarı haqda məlumatlıdırmı?
- Biz ilk növbədə yaxşı məşqçilər heyəti qurmaq istəyirik. İnanmıram ki, futbolçular bizləri tanımasın. İşimiz çoxdur, daha çox çalışmalıyıq.
- Komandanızda demək olar ki, əcnəbi futbolçu yoxdur. İl yarım "Ximki"də çalışdınız. Orda bəyənib gözaltı etdiyiniz rlə futbolçu var ki, "İrəvan"da görmək istəyirsiniz?
- Niyə ki, iki əcnəbi futbolçumuz var, daha bir futbolçunu götürmək istəyirik və o məsələyə də baxacayıq ki, hansı mövqeyə gətirmək lazımdır.
- Uzun müddətdir ölkə xaricində idiniz. Azərbaycan futbolu üçün darıxmışdınız?
- Hər kəs öz evində yaşasa daha yaxşıdır. Vətən doğmadı. Sadəcə, iş olmadığına görə biz getmişdik. Vətən bizim qəlbimizdədir, vətən bizim hər şeyimizdir.
Kənan MƏSTƏLİYEV