Bu yaxınlarda "İrəvan"la müqavilə bağlayan Nazim Süleymanovla bağlı maraqlı məlumat əldə etmişik.

Rekord.az xəbər verir ki, Qərbi Azərbaycan təmsilçisindən öncə Süleymanova II liqa təmsilçisi "Lerik"dən təklif gəlib.

Maraq üçün qeyd edək ki, Süleymanov Sumqayıtda doğulsa da, əslən Lerikdəndir və "Lerik" komandası da bu məqamı nəzərə alıb təcrübəli məşqçiyə təklif göndərib. Lakin Rusiya çempionu II liqadansa I Liqada işləməyi üstün tutub.