Nazim Süleymanov bu tarixdə qərar verəcək: qalır, yoxsa gedir?
- 22 Dek 2023 17:00
- 352
"İrəvan"da növbəti dəfə baş məşqçi ayrılığı baş tuta bilər.
Rekord.az xəbər verir ki, komanda dekabrın 25-də səfərdə "Araz Saatlı" ilə üz-üzə gəlir.
Bundan sonra I Liqada qış fasiləsi yaranacaq. Məhz Saatlıdakı oyundan sonra "İrəvan"ın baş məşqçisi Nazim Süleymanov klub rəhbərliyi ilə görüşüb komandanın və öz gələcək taleyi ilə bağlı müzakirə aparacaq. Əgər onlardan ümidverici nə isə eşitməsə, böyük ehtimalla o da komandanı tərk edəcək.