Nazim Süleymanova qarşı növbəti təxribat: rəhbərlik burda toplantı keçirməyinizi qadağan edib
- 12 Fev 2020 14:00
- 955
AFFA Həmkarlar İttifaqı növbəti təxribatla üzləşib.
Rekord.az xəbər verir ki, qurumun idarə heyəti növbəti toplantısını keçirmək üçün bir araya gəlib.
2 aydan artıqdır ki, ittifaq üzvləri öz toplantılarını "Marafon" İdman Kompleksində keçirir. Lakin dünən sözügedən məkanda bir araya gələn "həmkarlar"a deyilib ki, onlar daha burda toplantı keçirə bilməz. Bu tapşırığı isə kompleks rəhbərliyi verib. Məlum məsələdir ki, anidən bu cür qərarın verilməsinin arxasında ciddi səbəb var. İttifaq üzvləri birmənalı şəkildə AFFA-dan şübhələndiklərini bildiriblər.
Bütün təzyiqlərə baxmayaraq Nazim Süleymanov yaxınlıqdakı məkanların birində öz tərəfarları ilə birgə toplantısını keçirib. Asəf Namazov və Əfqan Həmzəyev obyektiv səbəblərdən toplantıya qatılmayıb. Qalan bütün üzvlər isə bir araya gələrək gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqda müzakirələr aparıb. Qeyd olunub ki, yanvar ayında daha 24 nəfər üzvlük üçün ittifaqa müraciət edib. Hazırda AFFA Həmkarlar İttifaqının üzvülərinin sayı 511 nəfərə çatıb. Bundan başqa ölkə başçısına göndərilən məktub da artıq ünvanına çatıb və bununla bağlı ittifaqa biliriş də gəlib. İttifaq üzvləri çox ümid edir ki, məktubun cavabı müsbət olacaq