Koronavirusın fəsadları AFFA Həmkarlar İttifaqının da fəaliyyətinə təsirsiz ötüşməyib.

Rekord.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi təşkilat mart ayından bu yana bir araya gələ bilmir.

Bununla belə, idarə heyətinin üzvüləri və yerli təşkilatlarla daim əlaqə saxlanılır və gələcək planlarla bağlı müzakirələr aparılır. Bu arada, ittifaqa qoşulmaq üçün müraciətlərin də sayı artmaqdadır. Bu mənada Gəncə və Lənkəran daha aktiv nəzərə çarpır. Belə ki, son iki ayda bu bölgələrdən 100-dən çox futbol adamı, azarkeş üzvülük üçün Həmkarlar İttifaqına müraciət edib. Karantin müddəti bitdikdən sonra onlardan ərziələrin qəbulu həyata keçiriləcək.