Nazim Süleymanovun yeni klubu - Rəsmi
- 28 Avq 2023 17:45
- 349
Azərbaycanın tanınmış futbol mütəxəssisi Nazim Süleymanovun yeni iş yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, 58 yaşlı mütəxəssis yeni mövsümdən birinci liqada yarışacaq "İrəvan" klubunun baş məşqçisi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, N.Süleymanov son olaraq Rusiyanın "Ximki" klubunun U-19 komandasını çalışdırıb.