Nazir Azərbaycan idmançılarının qazandıqları medallardan yazdı
- 03 May 2023 16:00
- 350
Azərbaycan idmançıları aprel ayında beynəlxalq turnirlərdə 164 medal qazanıblar.
Rekord.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ayla bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.
Nazir boks, cüdo, bədii gimnastika, akrobatika gimnastikası, idman gimnastikası, badminton, akademik avarçəkmə, qılıncoynatma, taekvondo, üzgüçülük, sərbəst güləş, yunan-Roma güləşi, sambo, şahmat, sumo, stolüstü tennis, para-pauerliftinq və digər idman növlərində uğurların olduğunu vurğulayıb.
Fərid Qayıbov sərbəst güləş üzrə Azərbaycan millisinin dördüncü dəfə Avropa çempionu olmasını da xatırladıb:
“Eyni zamanda, sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionluğunu qazanıb”.