Nazir Masallıda yeni açılan ağır atletika klubunda oldu FOTOLAR
- 13 Fev 2023 12:47
- 523
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsinə - Lənkəran, Yardımlı, Lerik və Masallı rayonlarına səfəri çərçivəsində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb, gənclərlə görüşlər keçirib.
Rekord.az xəbər verir ki, Masallı rayonunda olan nazir Fərid Qayıbov nazir müavini Mariana Vasileva, millət vəkili Məşhur Məmmədov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri ilə birlikdə rayonda yeni açılan “Zəfər” ağır atletika klubuna və Boradigah qəsəbəsində fəaliyyət göstərən idman zalına baxış keçirib, mövcud şəraitlə maraqlanıb, idmançılarla söhbət ediblər.