Nazirlik Operativ Qərargaha təklif göndərdi
- 25 Sen 2020 15:47
- 931
Gənclər və İdman Nazirliyi fitnes zallarının müəyyən məhdudiyyətlərlə fəaliyyətə başlaması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təklif göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov bildirib.
Nazirlik rəsmisi fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin mümkünlüyünü təklif etdiklərini vurğulayıb.
Daha əvvəl Gənclər və İdman naziri Azad Rəhimov Operativ Qərargahla birlikdə fitnes və idman zallarının açılması ilə bağlı böyük proqram hazırladıqlarını söyləyib.