Nazirliyin yeni layihəsinin ilk qonağı Faiq Qarayev olub
- 15 Apr 2022 23:45
- 545
Gənclər və İdman Nazirliyi "Məşqçilərimizi tanıyaq" adlı yeni layihəyə start verib. "Rekord.az" xəbər verir ki, layihə çərçivəsində ilk görüş Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, qurumun digər nümayəndələri, idmançı, tələbələr və digər qonaqlar iştirak ediblər. Görüşdə təcrübəli mütəxəssisin voleybol karyerasına dair video çarx nümayiş olunub. Faiq Qarayev daha sonra sualları cavablandırıb və ən maraqlı sualların sahiblərinə mükafatlar təqdim edib.
Tədbirdə Faiq Qarayevə iki mükafat təqdim olunub.
Mariana Vasileva idmanın inkişafındakı xidmətlərinə görə Faiq Qarayevə Gənclər və İdman Nazirliyinin xüsusi mükafatını, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev isə Azərbaycan Respublikası “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi” Azərbaycan Respublikasının yubiley medalını təqdim ediblər.