Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Olimpik Şəki” klubu qış transfer pəncərəsində heyətini yeni basketbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi Larri Robinsonu transfer edib.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançının özü ilə eyni ad-soyadı daşıyan atası Larri Robinson 1993/94 mövsümündə əfsanəvi "Hyuston Rokets"də Milli Basketbol Liqasının (NBA) çempionu olub.

Larri Robinson sonuncu görüşdə "Sabah" klubuna qarşı 18 xal və 2 asist ilə komandasının ən məhsuldar basketbolçusu seçilib.