NBA-nın ulduzlarından olan Kevin Durant futbol klubunun sahiblərindən biri olub.

Rekord.az xəbər verir ki, “Bruklin Nets”in basketbolçu MLS təmsilçisi "Filadelfiya Union"un səhmlərinin 5 faizini alıb.

Klubun mətbuat xidməti bununla bağlı rəsmi açıqlama yararaq məlumatı təsdiqləyib.

Durantın futbol klubundakı payı ən azı 16,25 milyon dollar qiymətləndirilir. Onun klubun səhmlərinin daha 5 faizini almaq hüququ olduğu vurğulanıb.

Qeyd edək ki, "Filadelfiya Union" 2010-ci ildən MLS-də mübarizə aparır.