“Barselona”nın sabiq futbolçusu, hazırda “Əl-Sədd”ə baş məşqçilik edən Xavinin Kataloniya klubuna qayıdacağı vaxt müəyyənləşib.

Rekord.az xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçinin “Barselona”ya gəlişi aprel ayıdan əvvəl olacaq.

“Barselona”nın prezident seçkiləri bu ay keçirilsə də, ispaniyalı mütəxəssis mövsümün sonunadək Qətər komandasını çalışdıracaq və mövüm başa çatdıqdan sonra La Liqa təmsilçisinə qayıdacaq.

Prezident seçkilərində Viktor Font “Barselona”ya rəhbər seçiləcəyi halda Xavi komandanın baş meneceri kimi fəaliyyət göstərəcək. Jordi Krayf isə idman direktoru olacaq.

Baş məşqçi Ronald Kuman uğursuz nəticələr əldə edəcəyi təqdirdə isə onu Xavi əvəzləyəcək. Xavi 1998-2015-ci illərdə “Barselona”da çıxış edib.