Çexiyanın “Viktoriya” (Jijkov) klubu qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular - Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi kollektiv Velvari “Slovan”ı ilə üz-üzə gəlib.

Futbolçularımızın komandası bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Fərid də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana çıxıb. Əvəzedici komandanın heyətində çıxış edən Samir isə bu görüşdə forma geyinməyib.