Futbol üzrə Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Brno” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:6.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. O, sadəcə, 39-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.